Mayın 18-də Bakı Fond Birjasında (BFB) Azərbaycan Respublikasının Mərkəzi Bankının (ARMB) AZ2088024701 dövlət qeydiyyat nömrəli 30 milyon manat həcmində 252 gün tədavül müddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.
BFB-dən hafta.az-a bildirilib ki, hərracı zamanı 14 investor tərəfindən qiymət intervalı 9,352 (9.89 faiz) manat və 9,407 (8.99 faiz) manat olan 16 sifariş təqdim edilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 40 milyon 410 min manat olub. AMB-nin qərarına əsasən notların kəsmə qiyməti 9,376 (9.5 faiz) manat, orta ölçülmüş qiyməti isə 9,387 (9.31 faiz) manat olaraq müəyyən edilib. Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 30 milyon manat təşkil edib. Notlar gələn il yanvarın 25-də ödəniləcək.
Bu gün, həmçinin BFB-də Azərbaycan Respublikasının Mərkəzi Bankının AZ2087024702 dövlət qeydiyyat nömrəli 30 milyon manat həcmində 168 gün tədavül müddətli notlarının yerləşdirilməsi üzrə hərrac baş tutub. Hərracı zamanı 13 investor tərəfindən qiymət intervalı 9,584 (9.29 faiz) manat və 9,796 (4.44 faiz) manat olan 14 sifariş təqdim edilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 36 milyon 290 min manat olub. AMB-nin qərarına əsasən notların kəsmə qiyməti 9,596 (9 faiz) manat, orta ölçülmüş qiyməti isə 9,621 (8.43 faiz) manat müəyyən edilib. Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 30 milyon manat təşkil edib. Notlar noyabrın 2-də ödəniləcək.